17 mart 2026. Çərşənbə axşamı

"Final matçı ilə bağlı nəsə demək çətindir" - Rəşad Sadıqov


 "Final matçı ilə bağlı nəsə demək çətindir"  -  Rəşad Sadıqov

"Mövsümün son oyununa çıxırıq. Bayram ab-havasında olacağıq. Azarkeşlərin bu matça marağı böyükdür".

90deqiqe.Az xəbər verir ki, bu sözləri "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov sabah Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, ciddi rəqibə qarşı oynayacaqlarını söyləyib: "Ajiotaj var. Bunu biletlərin satışından bilirik. Azarkeşlər oyuna maraq göstərirlər. İkinci dəfədir ki, "Qarabağ"la qarşılaşırıq. Ötən dəfə penaltilər seriyasında rəqib qazandı. Avropa Liqasının 1/8 finalına yüksəlmiş komanda ilə oynayacağıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq".

Sadıqov , "Qarabağ"a qarşı oyunlarda pis çıxış etmədiklərini bildirib: "Final matçı ilə bağlı nəsə demək çətindir. "Qarabağ"la üç oyunda pis çıxış etməmişik. Düşünürəm ki, itkilər o qədər də təsir etməyəcək. Hər kəs əlindən gələni edəcək".

R.Sadıqov bu mövsüm klub tarixinin ən yaxşı nəticəsini qazandıqlarını vurğulayıb: "Uzunmüddətli zədələr oyunçuların vəziyyətinə təsir edir. Lakin mən futbolçulara inanıram. İki il əvvəlki finaldan fərqli olaraq, indi hər iki komanda inkişaf edib".

Qeyd edək ki, iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək final qarşılaşması saat 20:00-da başlayacaq.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi