5 noyabr 2026. Cümə axşamı

"Sabah"ın futbolçusu Almaniyada əməliyyat olunub


"Sabah"ın futbolçusu Almaniyada əməliyyat olunub

"Sabah" klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.

Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.







Misli Premyer liqa