22 iyun 2026. Bazar ertəsi

38 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı


38 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

“Qəbələ” klubu Asif Məmmədovla müqavilənin müddətini uzadıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti qarşıdakı bir il ərzində nəzərdə tutulub.

“Qırmızı-qaralar”ın kapitanı 2024-2025-ci illər mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ” klubunda çıxış edən yarımmüdafiəçi 2006/2007 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb. A.Məmmədov Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı