17 mart 2026. Çərşənbə axşamı

Azərbaycanda daha bir klub dağıldı - RƏSMİ


Azərbaycanda daha bir klub dağıldı - RƏSMİ

Bu ilin mayında AFFA-nın keçirdiyi Regionlar Liqası yarışının qalibi olan Sumqayıtın “Uğur” komandası fəaliyyətini dayandırıb.

Corner.az-ın xəbərinə görə, bununla bağlı klub bəyanat yayıb. Bəyanatda bildirilib ki, klubun rəhbərliyi birinci divizionda iştirakla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla dəfələrlə görüşə cəhd etsə də, istəyi alınmayıb.

Sənəddə bildirilib: “Ardıcıl iki dəfə Region Liqasının qalibi olan “Uğur” Futbol Klubu birinci divizionda iştirakla bağlı AFFA-ya dəfərlərlə müraciət edib. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı klub rəhbərliyi bugünə qədər də federasiya tərəfindən görüşə dəvət edilməyib və sadəcə olaraq, şifahi şəkildə üçüncü mövsüm də Region Liqasında oynaması barədə tövsiyə edilib.

Bu qərar və ümümulikdə yaranmış qeyri-müəyyən vəziyyət klub rəhbərliyini qane etmədiyi üçün, eləcə də ardıcıl olaraq doğma Sumqayıt şəhərinə 3 dəfə çempionluq kubokları, sevinclərini gətirən komandamıza şəhər rəhbərliyinin və iş adamlarının bugünə qədər də biganə münasibəti səbəbindən klubun rəhbəri, sponsoru ilə aparılan məsləhətləşmələrdən sonra “Uğur” Futbol Klubu bu il keçiriləcək Region Liqanın yarışında iştirak etməyəcəyi barədə qərar qəbul edib.

“Uğur”un uğurlarında və çempionluqlarında əməyi olan hər kəsə ayrı-ayrılıqda, ümumi komanda heyətlərimizə çəkdiyi əziyyətlərinə, azarkeşlərə etdikləri dəstəyə görə klub rəhbərliyi adında böyük təşəkkürümüzü bildiririk və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi