5 noyabr 2026. Cümə axşamı

"Sabah" serb hücumçu transfer etdi


"Sabah" serb hücumçu transfer etdi

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlanıb.

"Srvena Zvezda"nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın "Ersqebirqe Aue" (2019-2020), "Ayntraxt" (Braunşveyq, 2020-2021), Slovakiyanın "Trençin" (2021-2024) və "Dubnitsa" (2021-2022) klublarında çıxış edib.

Futbolçu "Sabah"da 29 nömrəli formada çıxış edəcək.







Misli Premyer liqa