22 iyun 2026. Bazar ertəsi

"Sumqayıt" braziliyalı futbolçu transfer edib


"Sumqayıt" braziliyalı futbolçu transfer edib

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

"Gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, klub son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb.

28 yaşlı braziliyalı yarımmüdafiəçi 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası ərzində “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” kimi komandaların şərəfini qoruyub.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı