5 noyabr 2026. Cümə axşamı

“Şamaxı” afrikalı futbolçu ilə gücləndi


“Şamaxı” afrikalı futbolçu ilə gücləndi

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi futbolçu Lubeni Haukonqonu heyətinə qatıb.

Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

Lubeninin son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubu olub.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.







Misli Premyer liqa