5 noyabr 2026. Cümə axşamı

Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri müəyyənləşdi


Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri müəyyənləşdi

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

Paytaxt klubunun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.







Misli Premyer liqa