10 avqust 2026. Bazar ertəsi

"Bəzi mövqelərə transferlər olacaq" - "Araz-Naxçıvan"ın baş məşqçisi


"Bəzi mövqelərə transferlər olacaq"  - "Araz-Naxçıvan"ın baş məşqçisi

"Bəzi mövqelərə transferlər olacaq."

90deqiqe.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis əvəzedici komandaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçı ilə bağlı bunları deyib:

"Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi. Son iki gündə daha çox məşq keçmişdik. İstəyimiz də yükləmə altında komandanı görmək idi. Futbolçulara nə demişdiksə, hansı tapşırıqları vermişdiksə, meydanda bizə qaytardılar. Komanda hələ tam komplektləşməyib. Ömər Buludov və Miço Kuzmanoviç də xəstəlik səbəbindən bu matçda iştirak etmədilər. Vaxtımız var, dediyim kimi, qarşıdakı günlərdə heyətə yeni futbolçular qoşulacaq".

Baxşıyev mərkəz müdafiəçisinə, oyun qurucusuna və hücumçuya ehtiyac duyduqlarını bildirib:

"Yaxın günlərdə komanda tam komplektləşəcək”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı