5 noyabr 2026. Cümə axşamı

"Qarabağ" "Viktoriya"ya qalib gəldi


 "Qarabağ"  "Viktoriya"ya qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Ağdam klubu günün ikinci matçında Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşıb.

Qarşılaşma "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın hər iki qolunu Leandro Andrade vurub.

Qeyd edək ki, "Qarabağ" günün ilk oyununda Almaniyanın "Kayzerslautern" klubuna 1:3 hesabı ilə uduzub.







Misli Premyer liqa