7 may 2026. Cümə axşamı

"Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi"


"Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi"

"Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi."

90deqiqe.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bu gün Avstriyada keçirdikləri iki yoxlama görüşü ilə bağlı fikirlərini bölüşüb:

“Avstriyadakı ilk oyun günü yaxşı alındı. Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”.

Q.Qurbanov Avstriyadakı hazırlıq prosesini də dəyərləndirib: “Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.

Qeyd edək ki, "Qarabağ" günün ilk yoxlama görüşündə Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə uduzb. Növbəti matçda isə Çexiyanın “Viktoriya” (Plzen)  üzərində 2:1 hesabı ilə qələbə qazanıb.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi