10 iyul 2026. Cümə

“Qarabağ” karyeram üçün mükəmməldir” - Fabiyan Buntiç


“Qarabağ” karyeram üçün mükəmməldir”  - Fabiyan Buntiç

“Qarabağ” karyeram üçün mükəmməl klubdur”.

90deqiqe.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç klubun rəsmi saytına açıqlamasında deyib.

Bu yay transfer edilən qolkiper bu komandada keyfiyyətin yüksək olduğunu bildirib: “Kollektivi çox bəyənirəm və burada xoşbəxtəm. Klubda çalışanlar gözəl iş görürlər. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu kollektivin bir parçası olmaq istəyirəm. Yeni komanda yoldaşlarım əladır. Bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu klubla hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq və qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik”.

Xorvatiyalı qapıçı Avstriyada təşkil olunan təlim-məşq toplanışı, həmçinin Almaniyanın “Kayzerslautern” və Çexiyanın “Viktoriya” (Plzen) klubları ilə yoxlama oyunları barədə fikirlərini bölüşüb: “Avstriyada çox yaxşı təlim-məşq toplanışı keçirik. Yeni mövsümə tam heyətlə hazırlaşırıq. Bu, mənim üçün bir fürsətdir ki, yeni gəldiyim komandaya və oyun sisteminə tam bələd olum. Özümü burada yaxşı hiss edirəm. Hər gün komandaya daha da uyğunlaşıram. Toplanış çərçivəsində artıq iki oyun keçirmişik. İlk matçı isti hava şəraitində oynadıq. Bu, daha çox fiziki hazırlığın önə çıxdığı qarşılaşma idi. “Kayzerslautern”lə görüşdə iştirak etməsəm də, “Viktoriya” ilə qarşılaşmada şans qazandım. Oyun bizim üçün yaxşı keçdi, qollar vura bildik və qələbə qazandıq. Əgər yavaş-yavaş, amma əmin addımlarla davam etsək, növbəti oyunlarda uğurlu nəticələrə ümid edə bilərik”.

Qeyd edək ki, “Qarabağ” Fabiyan Buntiçlə 3 illik müqavilə imzalayıb.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı