10 iyul 2026. Cümə

AFFA tərəfindən hakim-inspektorlara danışılmış oyunlarla bağlı seminar keçirilib


AFFA tərəfindən hakim-inspektorlara danışılmış oyunlarla bağlı seminar keçirilib

AFFA tərəfindən “Liv Bona Dea Arena”da hakim-inspektorlara danışılmış oyunlarla bağlı seminar keçirilib.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı