5 noyabr 2026. Cümə axşamı

"Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu


"Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu

Təlim-məşq toplanışını Türkiyənin Erzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” klubunun yoxlama matçı keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi iyulun 21-də Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda daha sonra Özbəkistanın “Soqdiana” klubunu sınağa çəkəcək. Bu görüş iyulun 24-də baş tutacaq.

Qeyd edək ki, “qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.







Misli Premyer liqa