19 mart 2026. Cümə axşamı

AFFA U-16 Liqasında 2023/2024 mövsümünə yekun vurulub


AFFA U-16 Liqasında 2023/2024 mövsümünə yekun vurulub

AFFA U-16 Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində üçüncü yer uğrunda oyun, “ASCO Arena”da isə final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Sabah” üzərində 2:1 hesablı qələbə qazanan “Zirə” komandası yarışı üçüncü sırada tamamlayıb.

Finalda isə “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Neftçi” çempion olub. “Qarabağ” gümüş medallara yiyələnib.

Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 56 qol vuran “Neftçi”nin hücumçusu Elnur Abdullayev ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Əli Qazibəyov isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Mükafatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi