14 dekabr 2025. Bazar günü

"İndiki məqamda püşkü düşünmürük"


"İndiki məqamda püşkü düşünmürük"

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama matçında Super Liqa təmsilçilərindən “Alanyaspor”la qarşılaşıb. 

90deqiqe.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçla bağlı baş məşqçi Elmar Baxşıyev klubun saytına bunları deyib.. 

“Ümumi hazırlıq fonunda ilk oyunumuz idi. Komanda əsasən ikinci hissədə daha yaxşı çıxış etdi. Çalışdılar verilən tapşırıqları yerinə yetirsinlər. Buna nə dərəcədə nail olduqlarını faizlə deməyim düzgün olmaz, amma meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi.

Yeni transferləri meydanda az müddətə də olsa, görə bildik. Onların bəzisi komandaya Türkiyədə qoşulduğuna görə, demək olar, komandadan ayrı məşq edirdilər. Son 2 məşqdə kollektivə qoşuldular. Buna görə də meydana sonradan daxil oldular.

Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdır.

O ki qaldı Misli Premyer Liqasının 2024-2025-ci il mövsümünün püşkünə, indiki məqamda bunu düşünmürük. Bu dövrdə məqsəd komandanı daha yaxşı hazırlamaq, heyəti komplektləşdirmək və rəsmi matçlara hazır çıxmaqdır”.

 

 







Misli Premyer liqa

"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
  • Misli Premyer liqa
  • 18:33 13.12.2025
"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
“Şamaxı” “Zirə”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 16:00 13.12.2025
“Şamaxı” “Zirə”ni məğlub etdi
“Neftçi”yə yalnız çempionluq yaraşır”
  • Misli Premyer liqa
  • 13:10 13.12.2025
“Neftçi”yə yalnız çempionluq yaraşır”
“Sumqayıt” “İmişli”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 22:38 09.12.2025
“Sumqayıt” “İmişli”ni məğlub etdi
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
  • Misli Premyer liqa
  • 15:22 09.12.2025
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
Mövsümdə 3-cü
  • Misli Premyer liqa
  • 11:47 09.12.2025
Mövsümdə 3-cü
"Sabah” “Neftçi”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 23:06 08.12.2025
"Sabah” “Neftçi”yə qalib gəldi