26 aprel 2026. Bazar günü

"Kəpəz"ə yeni icraçı direktor təyin edilib


"Kəpəz"ə yeni icraçı direktor təyin edilib

"Kəpəz" Peşəkar Futbol Klubunun yeni icraçı-direktorunun adı açıqlanıb.

Gəncə təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, bu posta Cabir İbrahimov təyin olunub.

Bununla bağlı klub rəhbərliyi müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Cabir İbrahimov 2016-2017-ci illərdə də "Kəpəz"də eyni vəzifədə çalışıb.







Misli Premyer liqa