7 avqust 2026. Cümə

Tapşırıqları böyük həvəslə yerinə yetiririk - Slavik Alxasov


Tapşırıqları böyük həvəslə yerinə yetiririk - Slavik Alxasov

“Toplanış normal axarda keçir. Məşqlərdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışırıq. Komanda yoldaşlarımla birlikdə məşqlərdə məşqçilər korpusunun tapşırıqlarını böyük həvəslə yerinə yetiririk".

Corner.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin futbolçusu Slavik Alxasov Türkiyədə davam edən təlim-məşq toplanışı barədə fikirlərini bildirərkən deyib.

Klubun saytına açıqlama verən 26 yaşlı kapitan Türkiyə birinci liqa təmsilçisi "Osmanlıspor"la yoxlama oyunu (0:0) haqda da danışıb: "Toplanış çərçivəsində keçirdiyimiz yoxlama matçında da baş məşqçinin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirməyə çalışdıq. "Osmanlıspor" kifayət qədər güclü komandadır, oyunda da bunu hamımız müşahidə etdik. Düşünürəm ki, oyun bərabər səviyyədə keçdi, hətta bəzi epizodlarda hesabı açmaq imkanlarımız da oldu. Ümumilikdə, ağır yükləmələr fonunda güclü komandaya qarşı yaxşı oynadıq və qarşıdakı görüşlərin də ümumi hazırlıq səviyyəmizə müsbət təsir göstərəcəyinə inanırıq”.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı