10 avqust 2026. Bazar ertəsi

Premyer Liqanın 2024/2025-ci illər mövsümü məhsuldar başlayıb


Premyer Liqanın 2024/2025-ci illər mövsümü məhsuldar başlayıb

Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümü məhsuldar keçən I turla başlayıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk turun 5 oyununda 16 qol vurulub.

“Araz-Naxçıvan” – “Qarabağ” (1:4) və “Zirə” – “Səbail” (4:1) görüşlərinin hərəsində 5, “Sabah” – “Şamaxı” (2:2) matçında 4, “Sumqayıt” – “Kəpəz” (2:0) qarşılaşmasında 2 top qeydə alınıb. Yalnız “Neftçi” – “Turan Tovuz” görüşündə qol vurulmayıb.

Mövsümün ilk turunun orta məhsuldarlığı 3,20 olub. Bu, start üçün XXI əsrin üçüncü göstəricisidir. Yalnız iki dəfə I tur daha məhsuldar olub. 2001/2002-ci illər mövsümündə bu rəqəm 4,00-a, 2017/2018-ci illər mövsümündə 3,25-ə bərabər olub. İyirmi üç il əvvəl 5 oyunda 20 top vurulubsa, 7 il öncə 4 qarşılaşmada 13 qol qeydə alınıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı