7 may 2026. Cümə axşamı

“Qarabağ”ın oyunu təxirə salınıb


“Qarabağ”ın oyunu təxirə salınıb

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.

90deqiqe.Az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi avrokubok matçına daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın III turunda “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.

“Qarabağ” müraciətini, qarşı tərəfin razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/2025-ci illər mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyununun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq görüşün başqa vaxta keçirilməsi ilə bağlı qərar qəbul edib.

Klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 20-də səfərdə, cavab matçı isə ayın 28-də Bakıda olacaq.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi