5 noyabr 2026. Cümə axşamı

"Qəbələ"də ayrılıq


"Qəbələ"də ayrılıq

“Qəbələ” klubu qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı kamerunlu qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Atanqana bölgə təmsilçisində 36 matç keçirib.

O, Premyer Liqada 24, Azərbaycan Kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.







Misli Premyer liqa