12 aprel 2026. Bazar günü

Premyer Liqada 30-cu qol


Premyer Liqada 30-cu qol

Almaniyalı futbolçu Coy Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Premyer Liqanın III turuna təsadüf edib.

30 yaşlı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.

“Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.

Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşdürür.

Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/2022 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.







Misli Premyer liqa

“Neftçi”dən vacib 3 xal
  • Misli Premyer liqa
  • 22:14 11.04.2026
“Neftçi”dən vacib 3 xal
“Sabah”dan vacib xal itkisi
  • Misli Premyer liqa
  • 21:27 11.04.2026
“Sabah”dan vacib xal itkisi
"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası