22 iyun 2026. Bazar ertəsi

Son 4 mövsümdə ilk


Son 4 mövsümdə ilk

“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kurban Berdıyevin yetirmələri III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.

Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.

Qərblilər cari mövsüm ilk üç turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadır.

Qeyd edək ki, çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. Daha əvvəl “Keşlə” adlanan klub üçün 2020/2021 mövsümünün startı uğurlu alınıb.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı