10 avqust 2026. Bazar ertəsi

Azərbaycan Premyer Liqası klublarının azarkeşlərlə əlaqələndirici şəxsləri üçün görüş keçirilib


Azərbaycan Premyer Liqası klublarının azarkeşlərlə əlaqələndirici şəxsləri üçün görüş keçirilib

AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqası və I Liqa klublarında çalışan azarkeşlərlə və əlil azarkeşlərlə əlaqələndirici şəxslərlə görüş keçirilib.

90deqiqe.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları bir sıra mövzuları müzakirə ediblər.

Bunlar ötən mövsüm ərzində baş vermiş hadisələr, cari mövsüm üçün planlar, Avropa Futbol Azarkeşləri təşkilatının klub nümayəndələrinə verdiyi tövsiyələr, azarkeşlərlə əlaqələndirici şəxs (SLO), təhlükəsizlik rəhbərləri və hüquq-mühafizə orqanları arasında koordinasiyadır.

Bundan əlavə, 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Liqa yarışlarının Əsasnaməsinə əlavə edilmiş “Azarkeşlərin davranış qaydaları”na dair bəndlərlər müzakirə olunub.

Görüşdə həmçinin DİN, AFFA və PFL əməkdaşları azarkeşlərlə əlaqələndirici şəxslərdən gələn sualları cavablandırıblar.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı