10 avqust 2026. Bazar ertəsi

"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb


"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb

AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

90deqiqe.Az xəbər verir ki, buna mütəxəssisin "Neftçi" ilə heç-heçə etdikləri (1:1) Premyer Liqanın IV turunun matçında rəqibi təhqir etməsi səbəb olub.

Baxşıyevə üç ay sınaq müddəti təyin edilib. Naxçıvan təmsilçisi bu hərəkətə görə 4000 manat cərimələnib.

Komandanın inzibatçısı Hüseynxəlil Orucoğlu birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib oyunçuya fiziki təzyiq göstərdiyi üçün 2-si şərti olmaqla 5 matçlıq cəza ilə üzləşib. Klub onun üçün də 4000 manat ödəməli olacaq.

Bundan əlavə, "Araz-Naxçıvan" dörd futbolçusu sarı vərəqə aldığına görə də 700 manat ziyana düşüb. "Neftçi" də altı üzvü sarı vərəqə gördüyündən eyni məbləği ödəyəcək.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı