10 avqust 2026. Bazar ertəsi

“Turan”la oyunda 1-ci, Tovuzda 1000-ci


“Turan”la oyunda 1-ci, Tovuzda 1000-ci

“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına sitinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib.

“Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.

“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran gəncəlilər 651-ci oyununda buna nail olub. Komandanın orta məhsuldarlığı 1,54-ə bərabərdir.

“Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib. Qərb təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.

Qeyd edək ki, “Kəpəz”in ilk qolunu 1992-ci il mayın 3-də, “Turan”la ev oyununun (2:1) 21-ci dəqiqəsində Cavid Əhmədov vurub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı