17 mart 2026. Çərşənbə axşamı

“Sabah”la xorvatlar arasında imzalanan müqavilənin DETALLARI


“Sabah”la xorvatlar arasında imzalanan müqavilənin DETALLARI

"Sabah” klubu Xorvatiya “Dinamo”su (Zaqreb) ilə imzaladığı əməkdaşlıq müqaviləsinin detallarını açıqlayıb.

Corner.az xəbər verir ki, klub rəsmi saytına vasitəsi ilə bildirib ki, aanlaşmaya əsasən, “Sabah” Futbol Akademiyası Xorvatiyanın ən böyük futbol məktəbi olan “Dinamo” Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək. Bu əməkdaşlıq “Sabah”a yeni oyunçular yetişdirmək, klubun akademiyasının məşqçilərinin təcrübəsini artırmaq istiqamətində böyük imkanlar verəcək.

Klublar arasında imzalanmış müqaviləyə əsasən, “Sabah” FA-nın və “Vətən” FM-nin sistemini “Dinamo” FA müəyyənləşdirəcək. Məhz Zaqreb təmsilçisinin akademiyasından cəlb olunmuş mütəxəssislər akademiyada yeni, Avropa standartlarına uyğun sistemin formalaşmasını təşkil edəcəklər.

“Sabah” və “Dinamo” arasında əməkdaşlıq bir neçə istiqaməti əhatə edəcək. Onlardan bəziləri aşağıdakılardır:

“Dinamo” Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç “Sabah” futbol məktəbinin koordinatoru olacaq. O, yeni sistemin akademiyaya tətbiq edilməsinə birbaşa nəzarət edəcək. Mustedanaqiçlə yanaşı, fiziki hazırlıq üzrə mütəxəssis və bir məşqçi ilə 3 illik müqavilə bağlanacaq. Hər 3 mütəxəssis bu müddət ərzində ölkəmizdə yaşayaraq, akademiyada daimi fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq çərçivəsində “Dinamo” FA-nın məşqçilərinin akademiyada çalışması, öz biliklərini yerli məşqçilərlə paylaşması planlaşdırılır.
Akademiyanın uşaqları “Dinamo” FA-da təcrübə keçmək fürsəti qazanacaqlar. “Sabah”ın aşağı yaş qrupları “Dinamo”nun təşkil etdiyi nüfuzlu turnirlərdə iştirak etmək imkanı əldə edəcəklər. “Dinamo” FA-nın sistemi tədricən “Sabah” FA və “Vətən” FM-a  tətbiq ediləcək.
 
İki klub arasında anlaşma “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda gerçəkləşib. Tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, “Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Andelko İvanjko iştirak ediblər.

Tədbirin sonunda “Sabah” FK prezidenti Maqsud Adıgözəlov və “Dinamo” FK prezidenti Mirko Barişiç bir-birinə klub atributlarını təqdim ediblər.

Qarşıdakı günlərdə “Dinamo” və “Sabah” arasında əməkdaşlıq barədə daha dolğun məlumat verilməsi istiqamətində mətbuat konfransının təşkil edilməsi nəzərdə tutulub.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi