10 avqust 2026. Bazar ertəsi

Tarixdə 900-cü, səfərdə 400-cü qol


Tarixdə 900-cü, səfərdə 400-cü qol

“Qəbələ” klubu tarixində 900-cü qolu vurub.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Azərbaycan I Liqasının II turuna təsadüf edib.

“Qırmızı-qaralar” “Qaradağ Lökbatan”la səfərdə keçirilən matça qədər bütün turnirlərdə ümumilikdə 895 qol vurub. Bu görüşdəki 5-ci top klub tarixində 900-cü olub. Yubiley qoluna penaltini dəqiq yerinə yetirən Abdullahi Şuaybu imza atıb.

900 qoldan 643-ü Premyer Liqa, 138-i ölkə kuboku, 77-si I Liqa, 42-si avrokuboklarda vurulub.

A.Şuaybunun vurduğu top həm də səfər matçlarında 400-cü olub. “Qırmızı-qaralar” Premyer Liqada 301, ölkə kubokunda 53, I Liqada 31, avrokuboklarda 15 dəfə meydan sahiblərinin qapısına yol tapıb.

Qeyd edək ki, “Qəbələ” klubunun tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. I Liqada debüt mövsümünün ilk turunun “Şərur”la ev görüşündə 8:0 hesabı ilə qalib gələn komandanın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı