10 avqust 2026. Bazar ertəsi

Abdullayev “100”ə çatdı


Abdullayev “100”ə çatdı

“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib. Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb.

Vadim 100 matçı 5 fərqli klubda keçirib. O, “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb. 29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb.

Qeyd edək ki, Vadim Abdullayevin debütü 2012-ci il mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı