12 aprel 2025. Şənbə
AFFA-nın Hesabat Konfransı keçirilib

"Neftçi"dən növbəti antirekord


"Neftçi"dən növbəti antirekord

IX turda keçirilən “Kəpəz” – “Neftçi” oyunu Misli Premyer Liqasında bu mövsümün ən çox qol vurulan matçı olub.

90dəqiqə.Az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı xəbər yayıb.

“4:3” hesabı ilə başa çatan oyunda cəmi 7 qol vurulub. Əvvəlki ən məhsuldar oyun VII turun “Səbail” – “Sabah” qarşılaşması idi, burada qonaqlar 4:2 hesabı ilə qalib gəlmişdilər.

Bu məğlubiyyətlə “Neftçi”nin qələbəsizlik seriyası 10 oyuna çatıb. Ötən mövsümün son turunda “Sabah”a 0:1 hesabı ilə uduzan komanda cari mövsümdə 9 oyunda 5 heç-heçə edib və 4 məğlubiyyət yaşayıb.

“Neftçi” üçün ardıcıl 10 oyunda qələbə qazana bilməmək yeni antirekord hesab olunur. Klub son olaraq 2015-ci ildə 9 oyunluq belə seriya yaşamışdı.

Bundan başqa, klub tarixində ilk dəfə 3 və daha çox qol vurduğu matçda məğlub olub. Ölkə çempionatları tarixində isə bu, 28-ci belə hadisədir.

 

 







Misli Premyer liqa

"Qarabağ" səfərdə darmadağınla qalib gəldi
  • Misli Premyer liqa
  • 21:10 11.04.2025
"Qarabağ" səfərdə darmadağınla qalib gəldi
Premyer Liqa: XXX turun hakimləri açıqlanıb
  • Misli Premyer liqa
  • 15:11 10.04.2025
Premyer Liqa: XXX turun hakimləri açıqlanıb