8 iyul 2026. Çərşənbə

"Şans veriləcəyi təqdirdə, yaxşı tərəfdən seçilməyə çalışacağam”


"Şans veriləcəyi təqdirdə, yaxşı tərəfdən seçilməyə çalışacağam”

“Özümüzə və gördüyümüz işə inanmalıyıq”

90deqiqe.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Milli komanda futbolçunun karyerasının ən uca, pik, qürur nöqtəsidir. Arzumuz idi ki, nə vaxtsa biz də ölkənin əsas komandasına dəvət alaq, oynamaq şansı qazanaq. Əlbəttə futbol camiəsi də bilir ki, mən hansı yolları keçmişəm, hansı çətinliklərə qalib gələrək buna nail olmuşam. Ona görə də bu dəfə mənim üçün ikiqat sevincli oldu. “Araz-Naxçıvan”dakı kollektivimin də əməyi danılmazdır. Onlara da təşəkkür edirəm. Bu gün “Araz-Naxçıvan” uğurlu qrafik cızmasaydı, nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni də dəvət etməzdilər. Bu dəvət bir kollektivin uğurudur.  

Millimizi qarşıda iki çətin oyun gözləyir. Düzdür, tanıyanlar bilir ki, meydanda mənim üçün rəqibin kimliyi önəm daşımır. Əsas olan öz oyunun, komandan üçün bacardığının ən yaxşısını etməkdir. Bir yolumuz var: özümüzə və gördüyümüz işə inanmalı, qələbə qazanmaq üçün inamla mübarizə aparmalıyıq. Şans veriləcəyi təqdirdə, yaxşı tərəfdən seçilməyə çalışacağam”.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, ayın 14-də isə Bakıda Slovakiya kollektivlərinə qarşı mübarizə aparacaq.







Misli Premyer liqa

"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
"Kəpəz" Yusif İmanovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 13:15 07.07.2026
"Kəpəz" Yusif İmanovla yollarını ayırdı
"Kəpəz" Luis Paçu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 10:46 07.07.2026
"Kəpəz" Luis Paçu ilə vidalaşdı