22 oktyabr 2024. Çərşənbə axşamı

“Neftçi”dən ilk, “Turan Tovuz”dan rekord


“Neftçi”dən ilk, “Turan Tovuz”dan rekord

Misli Premyer Liqasının X turunda qapılara 18 qol vurulub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Turan Tovuz” oyununda altı (2:4), “Kəpəz” – “Qarabağ” matçında beş (0:5), “Neftçi” – “Səbail” görüşündə dörd (3:1) qol qeydə alınıb. Digər iki qarşılaşmada məhsuldarlıq aşağı olub. “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə bitibsə, “Şamaxı” – “Araz-Naxçıvan” görüşündə yeganə topa qonaq komanda imza atıb.

Beş oyununda 18 qolun vurulduğu turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, mövsümün ikinci göstəricisidir. Yalnız VIII turda daha çox – 19 qol vurulub.

Bununla mövsümdə 4-cü dəfə orta məhsuldarlığın 3-dən yuxarı olması qeydə alınıb. Bu rəqəm VIII turda 3,80, VII turda 3,40, ilk oyun həftəsində 3,20 olub.

“Turan Tovuz” Misli Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub. Bu, X turun “Sumqayıt”la matçına təsadüf edib. Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə keçirdiyi 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.

“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/2023-cü illər mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

“Araz-Naxçıvan” isə Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının X turuna təsadüf edib.

Elmar Baxşıyevin yetirmələri Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib. Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.

Naxçıvan klubunun ilk qələbəsi 2000/2001-ci illər mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.

Bundan başqa, Samir Abasov “Neftçi”nin baş məşqçisi postunda 30-cu çempionat qələbəsini qazanıb. Paytaxt təmsilçisi öz meydanında “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun “Neftçi”yə rəhbərlik etdiyi 2020-2022-ci illərdə “ağ-qaralar” Premyer Liqada 29 dəfə qalib gəlmişdi.

Qeyd edək ki, Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir