10 avqust 2026. Bazar ertəsi

“Turan Tovuz” məhsuldarlıq rekordunu təkrarlayıb


 “Turan Tovuz” məhsuldarlıq rekordunu təkrarlayıb

“Turan Tovuz” Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Hypers Guba” ilə matçında yüksək məhsuldarlıq nümayiş etdirib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 7:2 hesabı ilə qalib gələn Qərb təmsilçisi öz tarixinin rekordunu növbəti dəfə təkrarlayıb.

“Turan Tovuz” 4-cü dəfə bir oyunda 7 qol vurub. Tovuz təmsilçisi 2016/2017-ci illər mövsümündə I Divizionda (indiki I Liqa) oynadığı vaxt üç fərqli qarşılaşmada belə məhsuldar olub. “Energetik”i 7:0 və 7:1, “Bakılı”nı 7:0 hesabı ilə məğlub edən komanda həmin rekordu yenidən təkrarlayıb.

Amma 7:2 hesablı qələbə klub tarixinə kubokdakı rekordlarla düşüb. “Turan Tovuz” bu turnirdə ən böyük qələbəsini qazanıb, ən yüksək məhsuldarlığını göstərib və ən qollu matçını keçirib. Bunadək hər üç rekord ötən mövsümün “Göygöl”lə matçına məxsus idi. Həmin vaxt tovuzlular 5:1 hesablı qələbəyə seviniblər.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı