8 aprel 2026. Çərşənbə

Son beş ildə 3-cü dəfə


Son beş ildə 3-cü dəfə

Misli Premyer Liqasının XIII turu nadir hadisə ilə əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz”in futbolçusu Orxan Əliyev “Sabah”la qarşılaşmada həm rəqib, həm də öz qapısına qol vurub.

O, 4-cü dəqiqədə hesabı açsa da, 28 dəqiqə sonra bərabərlik gətirən avtoqolun da müəllifi olub.

Premyer Liqada sonuncu belə hadisə təxminən ilyarım əvvəl qeydə alınıb. 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) Mateus Saldanya 40-cı dəqiqədə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Son 5 ildə isə 3-cü dəfə belə hadisə yaşanıb. M.Saldanya və O.Əliyevdən öncə "Zirə"nin sabiq futbolçusu Klesio Bauk “fərqlənib”. O, 2020-ci il noyabrın 22-də “Zirə” – “Keşlə” görüşünün (3:1) 73-cü dəqiqəsində avtoqola üzülüb, 90+5-ci dəqiqdə isə qonaqları məyus edib.

Qeyd edək ki, “Sabah” – “Kəpəz” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.







Misli Premyer liqa

“Turan Tovuz” səfərdə xal itirdi
  • Misli Premyer liqa
  • 17:26 07.04.2026
“Turan Tovuz” səfərdə xal itirdi
“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə