8 iyul 2026. Çərşənbə

Premyer Liqada 250-ci oyun


Premyer Liqada 250-ci oyun

"Sabah"ın futbolçusu Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib.

29 yaşlı oyunçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2013/2014 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub.

O, üç komandanın formasını geyinib. Azərbaycan millisinin üzvü “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Qeyd edək ki, Elvin Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.







Misli Premyer liqa

"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
"Kəpəz" Yusif İmanovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 13:15 07.07.2026
"Kəpəz" Yusif İmanovla yollarını ayırdı
"Kəpəz" Luis Paçu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 10:46 07.07.2026
"Kəpəz" Luis Paçu ilə vidalaşdı