10 avqust 2026. Bazar ertəsi

Premyer Liqada 30-cu qələbə


Premyer Liqada 30-cu qələbə

“Araz-Naxçıvan” klubu Azərbaycan çempionatında 30-cu qələbəsini qazanıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XV turuna təsadüf edib.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda öz meydanında “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi 30-cu qələbəsini 93-cü oyunda əldə edib. Bu qələbələrdən 19-u evdə, 11-i səfərdə qazanılıb.

“Araz-Naxçıvan”ın ilk uğuru 2000/2001 mövsümünə təsadüf edib. Muxtar Respublika təmsilçisi 2000-ci il avqustun 20-də səfərdə Quba “Şahdağ”ına 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatında 30 və daha çox qələbə qazanan 33-cü komandadır.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı