17 mart 2026. Çərşənbə axşamı

“Neftçi” və “Qarabağ” azarkeşlərinə, “Kəpəz”lə “Sumqayıt” futbolçularına görə cərimələnib


“Neftçi” və “Qarabağ” azarkeşlərinə, “Kəpəz”lə “Sumqayıt” futbolçularına görə cərimələnib

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

90deqiqe.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Araz-Naxçıvan”la oyunda azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz”a xəbərdarlıq edilib.

“Şamaxı” ilə matçda 4 futbolçusu sarı vərəqə görən “Kəpəz”, “Zirə” ilə görüşdə isə 5 oyunçusu xəbərdarlıq alan “Sumqayıt” 700 manat cərimələnib.

“Neftçi” “Qarabağ”la qarşılaşmada azarkeşlərin meydançaya kənar əşya atdığına görə 800, kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 500 manat cərimə edilib. Həmçinin, oyunun Bakı təmsilçisinin meydançaya gec çıxması səbəbindən gec başlaması “ağ-qaralar”ı 1500 manat ziyana salıb.

“Qarabağ” isə azarkeşlərin pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat cərimə ödəyəcək. Bundan başqa, kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Ağdam təmsilçisinə xəbərdarlıq edilib.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi