22 iyun 2026. Bazar ertəsi

16 turdan sonra son 16 mövsümün antirekordu


16 turdan sonra son 16 mövsümün antirekordu

Misli Premyer Liqasının XVI turunda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Daha çox qola üzülən sonuncu komandaya 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.

Qeyd edək ki, tarixin antirekordu isə 1996/97 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı