8 aprel 2026. Çərşənbə

“Turan Tovuz”dan böyük üstünlük


“Turan Tovuz”dan böyük üstünlük

Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

 

yer komanda oyun tamaşaçı Orta
1 Turan Tovuz 9 39700 4411
2 Neftçi 9 21931 2437
3 Sumqayıt 9 21450 2383
4 Qarabağ 9 13820 1536
5 Sabah 9 12904 1434
6 Şamaxı 9 9800 1089
7 Kəpəz 9 9650 1072
8 Səbail 9 6500 722
9 Zirə 9 6400 711
10 Araz-Naxçıvan 9 2200 244
   Cəmi 90 144355 1604

 







Misli Premyer liqa

“Turan Tovuz” səfərdə xal itirdi
  • Misli Premyer liqa
  • 17:26 07.04.2026
“Turan Tovuz” səfərdə xal itirdi
“Neftçi” 3 xalı 3 qolla qazandı
  • Misli Premyer liqa
  • 23:59 05.04.2026
“Neftçi” 3 xalı 3 qolla qazandı
“Qəbələ” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 18:53 05.04.2026
“Qəbələ” “Kəpəz”i məğlub etdi
Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə