7 may 2026. Cümə axşamı

Alıyevin 200-cü, Həsənalızadənin 250-ci oyunu


Alıyevin 200-cü, Həsənalızadənin 250-ci oyunu

Misli Premyer Liqasında XIX turun “Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Meydan sahiblərinin kapitanı Qismət Alıyev 200-cü, qonaqların müdafiəçisi Bəxtiyar Həsənalızadə 250-ci oyununa çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə debüt edən Qismət ümumilikdə 11 qola imza atıb. İki klubda oynayan 28 yaşlı müdafiəçi “Qəbələ”də 70 matçda 1, “Zirə”də 130 görüşdə 10 dəfə fərqlənib.

Bəxtiyarın hesabında 7 qol var. 32 yaşlı müdafiəçi 2011/12 mövsümündə “Sumqayıt” forması ilə Premyer Liqada debüt edib. O, ilk komandasında 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 52 (2 qol), “Araz-Naxçıvan”da 17 (1 qol) oyun keçirib.

 







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi