22 iyun 2026. Bazar ertəsi

İlin ilk avtoqolu: Qeyri-adi antirekord


İlin ilk avtoqolu: Qeyri-adi antirekord

“Şamaxı”nın futbolçusu Cəlal Hüseynov 2025-ci ilin ilk avtoqolunun müəllifi olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının XIX turunun “Qarabağ”la səfər oyununda (2:3) öz qapısına qol vurub.

Bununla da Cəlal Azərbaycan çempionatlarının 33 illik tarixində yeni antirekord müəllifi olub. O, eyni komandanın heyətində eyni rəqiblə iki fərqli mövsümdə avtoqol edən ilk futbolçudur.

Hüseynov 2022/23 mövsümündə - 2022-ci il oktyabrın 30-da “Şamaxı” – “Qarabağ” görüşündə (0:4) də avtoqol edib.

O, eyni komandaların iki fərqli oyununda öz qapısına qol vuran ümumilikdə 3-cü futbolçudur. Amma digər iki oyunçu bu uğursuzluğu eyni mövsümdə yaşayıb. Jairo Rodriges “Neftçi”nin “Qarabağ”la 2016/17, Murad Xaçayev “Sumqayıt”ın “Sabah”la 2023/24 mövsümündəki iki görüşündə qapıları “səhv salıb”.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı