10 avqust 2026. Bazar ertəsi

“Turan Tovuz” “Şəmkir”lə “Neftçi”nin göstəricisini təkrarladı


“Turan Tovuz” “Şəmkir”lə “Neftçi”nin göstəricisini təkrarladı

“Qarabağ”ın Misli Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,  IV turun 2024-cü il avqustun 24-də keçirilən “Turan Tovuz”la ev matçında 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri yenə eyni rəqibə məğlub olub. Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan Ağdam klubu yenə evdə, bu dəfə 1:2 hesabı ilə yenilib.

“Turan Tovuz” “Qarabağ”la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub. 2001/02 mövsümündə “Şəmkir” (3:1, 2:0), 2020/21 mövsümündə “Neftçi” (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.

Qeyd edək ki, ölkə çempionatları 2013/14 mövsümündən 4 dövrədə keçirilir. Bunadək iki mərhələdə keçirilən 1998/99, yarımçıq qalan2001/02 və 2009/10-2012/13 mövsümlərində də bir komanda eyni rəqiblə iki dəfə səfərdə qarşılaşa bilib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı