17 mart 2026. Çərşənbə axşamı

Son 20 mövsümün antirekordu


Son 20 mövsümün antirekordu

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarında cəmi 4 qol vurulub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,  “Kəpəz” – “Neftçi” (0:2) görüşündə iki, “Araz-Naxçıvan” – “Zirə” (1:0) və “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb. “Sabah” – “Sumqayıt” (0:0) matçı qolsuz bitib.

Bu, son 20 mövsümün antirekordudur. 2004/05 mövsümündə də 1/4 finalın ilk oyunlarında eyni sayda qol qeydə alınıb.

“Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” matçları qolsuz yekunlaşıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.

2004/05 və 2024/25 mövsümlərindəki göstərici 1/4 finalın bütün görüşləri baş tutan ilk oyunlar üçün antirekord sayılır. Çünki daha az – 2 qolun vurulduğu 1997/98 mövsümünün 1/4 finalının ilk oyunlarından 3-ü keçirilib

Hər iki top da OİK – “Neftçi” matçında vurulub – 1:1. “Kəpəz” – “Bakılı”, “Dinamo” – “Qarabağ” görüşləri qolsuz yekunlaşıb. Bərdə “Pambıqçı”sı fəaliyyətini dayandırdığı üçün “Kür-Nur”la qarşılaşması texniki nəticəyə səbəb olub.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi