22 aprel 2026. Çərşənbə

“Zaqatala” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib


“Zaqatala” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

Azərbaycan I Liqasında mübarizə aparan “Zaqatala” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

90deqiqe.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, seminar Zaqatala Olimpiya İdman Kompleksində baş tutub.

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab