10 avqust 2026. Bazar ertəsi

“Qarabağ”la oyun “Sabah” üçün ikiqat əlamətdar olub


“Qarabağ”la oyun “Sabah” üçün ikiqat əlamətdar olub

Misli Premyer Liqasının XXIV turu “Sabah” üçün ikiqat əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu ölkə çempionatında 200-cü oyununa çıxıb. Paytaxt təmsilçisi həm də 50-ci heç-heçəsini edib. “Sabah” “Qarabağ”la 1:1 hesablı bərabərliyə nail olub. Paytaxt təmsilçisi 27 dəfə evdə, 23 dəfə səfərdə 1 xal qazanıb. “Sabah” digər qarşılaşmalarda 80 qələbə qazanıb, 70 dəfə məğlub olub.

Qeyd edək ki, ilk görüşünü 2018-ci il avqustun 12-də “Şamaxı”ya qarşı keçirən (1:0) “Sabah” ilk heç-heçəsinə sentyabrın 22-də “Səbail”lə matçda nail olub – 0:0.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı