7 avqust 2026. Cümə

Qurban Qurbanov: "Bizim üçün vacib qələbə oldu"


Qurban Qurbanov: "Bizim üçün vacib qələbə oldu"

"İlk oyun göstərdi ki, çətin olacaq. Qarşımızda sıx qrafiki var".

Corner.az-ın məlumatına görə, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın I turunun açılış matçından sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, qarşıda həm çempionat, həm avrokubok, həm də milli komandanın oyunları olacağı üçün futbolçular çətinliklə üzləşə bilərlər: "Məni hazırda nəticədən çox futbolçuların sağlamlığı narahat edir. Bütün fikirimiz bu oyunda idi. Şükürlər olsun ki, qalib gəldik. Bizim üçün vacib qələbə oldu. Bu gün bəzi futbolçular oynadı, bəzilərin qoruyub saxlaya bilərik. Qol vuran gənc futbolçumuz İsmayıl İbrahimlini təbrik edirəm. "Keşlə" Bizə çox çətinlik yaratdı. Ruslan Qurbanov, Meza Kolli kimi futbolçular götürüblər. Ümumiyyətlə, yeni oyunçuları təcrübəlidirlər".

Qurbanov Fransanın "Genqam" klubunun rəsmilərinin Abdullah Zubiri transfer etmək üçün Bakıya gəlmələrinə dair xəbərlərə də şərh verib. O, belə bir təklif almadıqlarını, bu yöndə heç bir məlumatının olmadığını vurğulayıb.(report)







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı