17 mart 2026. Çərşənbə axşamı

“Sumqayıt”ın seriyası qırıldı


“Sumqayıt”ın seriyası qırıldı

“Sumqayıt”ın Misli Premyer Liqasındakı qolsuz oyunlar seriyası qırılıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu “gənclik şəhəri” təmsilçisinin XXVI turun “Kəpəz”lə matça (3:0) rəqib qapısına yol tapması ilə reallaşıb.

Vaqif Cavadovun yetirmələri bunadək ardıcıl 9 görüşdə qol vurmamışdı. Sumqayıtın eyniadlı klubu sonuncu dəfə 2024-cü il dekabrın 8-də “Neftçi” ilə ev qarşılaşmasında (2:0) fərqlənmişdi. Cordan Rezabalanın 43-cü dəqiqədəki qolundan sonra “Sumqayıt” “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və “Qarabağ”la (0:2) üz-üzə gəlib. Həmin topdan 92 gün sonra 876 dəqiqəlik seriyaya Roi Kehat son qoyub. Ardınca dublunu da rəsmiləşdirən 33 yaşlı israilli yarımmüdafiəçi Premyer Liqada 10-cu qolunu vurub. O, 59 matçda buna nail olub.

Bu, Azərbaycan çempionatları tarixində ən uzun qolsuz oyunlar seriyasında 2-ci göstəricinin təkrarıdır. Antirekord 2015/16 mövsümündə ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”a məxsusdur. 2001/02 və 2003/04 mövsümlərini əhatə edən müddətdə 9 oyun qol vurmayan “Dinamo” (sonrakı “Bakı”) “Sumqayıt”la eyni seriya yaşayıb.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi