10 avqust 2026. Bazar ertəsi

“Sumqayıt” Premyer Liqada 400-cü qolu vurub


“Sumqayıt” Premyer Liqada 400-cü qolu vurub

Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz”la oyunu “Sumqayıt” üçün əlamətdar olub.

Peşəkar Futbol Liqasından 90deqiqe.Az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi Premyer Liqada 400-cü qolu vurub.

2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.

“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.

Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollardan 210-u ev, 190-ı səfər matçlarında vurulub.

Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/2012-ci illər mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı