22 iyun 2026. Bazar ertəsi

“Sabah” tarixi rekorda şərik çıxdı


“Sabah” tarixi rekorda şərik çıxdı

“Sabah” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 14-cü heç-heçəsini edib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVII turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1.

Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.

Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/2010-cu illər mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/2021-ci illər mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə “Sabah” mütləq rekordun müəllifi olacaq.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı