17 mart 2026. Çərşənbə axşamı

"Ümidliyik, bacaracağımıza inanırıq"


"Ümidliyik, bacaracağımıza inanırıq"

“Göstərilən etimada görə təşəkkür edirəm”.

90deqiqe.Az xəbər verir ki, bu sözləri “Səbail” komandasının yeni baş məşqçisi Elvin Məmmədov təyinatı ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

"Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm. Amma inamım böyükdür, bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.

Qeyd edək ki, “Səbail”lə Elvin Məmmədov arasında cari mövsümün sonunadək müqavilə imzalanıb. Mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib.

“Səbail” hazırda Misli Premyer Liqasında 27 turdan sonra 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi